Cəmiyyət

İsrailli həkimlər 5 günə 132 qazini müalicə ediblər - VİDEO

5 Mart 2021 17:04
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailli həkimlər 5 günə 132 qazini müalicə ediblər

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Yaşat" Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir. 5 gün ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan  22-si əməliyyat edilib, 28-ə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

Vətən müharibəsi zamanı bir gözündən ağır yaralanan qazi Arif Hacıyevə göz bəbəyi köçürülüb. Uğurlu əməliyyat qazilərimizin müalicəsi məqsədi ilə ölkəmizə gələn 8 nəfərdən ibarət həkim heyəti tərəfindən edilib. Qazinin görmə qabiliyyəti tamamilə itmiş gözü indi 20% görür. Əməliyyata həkim Yişay Falik başçılıq edib.

5 gün ərzidə israilli həkimlər tərəfindən 134 qazimizin müayinəsi aparılıb. 22 nəfər əməliyyat olunub, 28-ə isə protez göz taxılıb.

''Yaşat'' Fondunun rəhbəri Elvin Hüseynov hazırda Türkiyədə müalicə alan qazilərimizdən danışıb. Bildirib ki, müalicəyə ehtiyacı olanların da türkiyəyə göndərilməsi planlaşdırılır

Xatırladaq ki, İsrailli oftalmoloqlardan ibarət nümayəndə heyəti "Yaşat" Fondunun təşəbbüsü, bu ölkənin Azərbaycandakı səfirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.