Cəmiyyət

Boru partladı, günlərdir içməli su küçəyə axır - VİDEO

5 Mart 2021 14:59
Baxış: 1 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boru partladı, günlərdir içməli su küçəyə axır

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Nəsimi rayon ərazisində bir neçə gündür içməli su ətrafa axır. Buna səbəb isə istismar müddəti bitən borunun partlamasıdır. Yoldan istifadə edən piyadalar və yaxınlıqdakı mağaza sahibləri deyirlər ki, əslində bu problem uzun illərdir yaşanır. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin boru yenisi ilə əvəz olunacaq.

Boru partlayıb, içməli su piyada səkisinə axır.

Yoldan keçən piyadalar və mağaza sahibləri deyirlər ki, onlar tez-tez belə problemlə üzləşirlər. Ətrafa axan su hətta yaxınlığdakı binanın həyətinə qədər gedib çıxır.

"Azərsu" Açıq Səhmdar cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı "Xəzər Xəbər"ə bildirdi ki, həmin ərazidən keçən və sovet dövründə çəkilən borunun istismar müddəti başa çatdığından dəyişdiriləcək.
Bununla bağlı Nəsimi Su Kanal İdarəsi tərəfindən həmin xəttin eskiz layihəsi də hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.