Cəmiyyət

Günün qoroskopu

28 Aprel 2010 07:00
Baxış: 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

28 aprel çərşənbə, 15-ci Ay günü, Günəş - Buğada, Ay - Əqrəbdə, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Sizin üçün gərgin keçən bu gündə əsəblərinizi gərməyin. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız yoxdur. Ünsiyyətlərinizi səmimiləşdirin.

Buğa -  İşəriniz yaxşı gedəcək. Bunun üçün hər cür şəraitiniz var. Sevgi problemlərini yoluna qoymaq isə hələ ki, mümkün deyil.

Əkizlər -  Ünsiyyətlərinizdə xoş bir rahatlıq hökm sürür. Bunünla belə sizi əsəbiləşdirən məsələlər də az deyil. Reaksiyanızı kəskin bildirməyin. Maddi problemlərinizi həll etmək üçün uğurlu vaxt deyil.

Xərçəng - Özünüzü güclü hiss edəcəksiniz. Maddi vəziyyətiniz çalışqanlığınızdan asılıdır. Yaxın bildiyiniz adamların iştirakı və yardımı ilə bu probleminizi həll edə bilərsiniz.

Şir  - Çətin gündür. Demək olar ki, heç bir işiniz yaxşı alınmır. Ünsiyyətlərinizi səmimiləşdirməklə müəyyən qədər vəziyyətinizi yaxşılaşdıra bilərsiniz.

Qız -  Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Maddi vəziyyitinizi yaxşılaşdırmaq üçün yaranmış şəraitdən istifadə etməlisiniz.    

Tərəzi - Çətin keçən günlərdən birini yaşayırsınız. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün çalışmalarınzda əməli nəticə yoxdur. Ünsiyyətləriniz arzuolunan səviyyədədir.

Əqrəb -  Romantik əhval-ruhiyyəniz yüksək olacaq. İşləriniz alınacaq. Maddi vəziyyətinizi yaxşılaşdıra biləcəksiniz.

Oxatan - Çətin, əsəbi keçən günlərdən birini yaşayırsınız. Çoxsaylı problemlərinizin heç birini yoluna qoymaqda uğurlarınız yoxdur.

Oğlaq - Problemlərinizi bir-bir yoluna qoya bilərsiniz. Növbələşmə üsulu ilə ən vacib məsələdən başlayın. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız çoxdur.  

Dolça - İşləriniz yaxşı getmir. Heç bir probleminizi həll edə bilmirsiniz. Ancaq yaxın adamları yardımına bel bağlayırsınız.  

Balıqlar - İşləriniz yaxşı gedəcək. Gücünüz çoxalacaq, maddi vəziyyətinizi yaxşılaşdıra bilərsiniz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.