Günün qoroskopu
28 Aprel 2010 07:00
Göylərin mənzərəsi
28 aprel çərşənbə, 15-ci Ay günü, Günəş - Buğada, Ay - Əqrəbdə, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Sizin üçün gərgin keçən bu gündə əsəblərinizi gərməyin. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız yoxdur. Ünsiyyətlərinizi səmimiləşdirin.
Buğa - İşəriniz yaxşı gedəcək. Bunun üçün hər cür şəraitiniz var. Sevgi problemlərini yoluna qoymaq isə hələ ki, mümkün deyil.
Əkizlər - Ünsiyyətlərinizdə xoş bir rahatlıq hökm sürür. Bunünla belə sizi əsəbiləşdirən məsələlər də az deyil. Reaksiyanızı kəskin bildirməyin. Maddi problemlərinizi həll etmək üçün uğurlu vaxt deyil.
Xərçəng - Özünüzü güclü hiss edəcəksiniz. Maddi vəziyyətiniz çalışqanlığınızdan asılıdır. Yaxın bildiyiniz adamların iştirakı və yardımı ilə bu probleminizi həll edə bilərsiniz.
Şir - Çətin gündür. Demək olar ki, heç bir işiniz yaxşı alınmır. Ünsiyyətlərinizi səmimiləşdirməklə müəyyən qədər vəziyyətinizi yaxşılaşdıra bilərsiniz.
Qız - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Maddi vəziyyitinizi yaxşılaşdırmaq üçün yaranmış şəraitdən istifadə etməlisiniz.
Tərəzi - Çətin keçən günlərdən birini yaşayırsınız. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün çalışmalarınzda əməli nəticə yoxdur. Ünsiyyətləriniz arzuolunan səviyyədədir.
Əqrəb - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. İşləriniz alınacaq. Maddi vəziyyətinizi yaxşılaşdıra biləcəksiniz.
Oxatan - Çətin, əsəbi keçən günlərdən birini yaşayırsınız. Çoxsaylı problemlərinizin heç birini yoluna qoymaqda uğurlarınız yoxdur.
Oğlaq - Problemlərinizi bir-bir yoluna qoya bilərsiniz. Növbələşmə üsulu ilə ən vacib məsələdən başlayın. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız çoxdur.
Dolça - İşləriniz yaxşı getmir. Heç bir probleminizi həll edə bilmirsiniz. Ancaq yaxın adamları yardımına bel bağlayırsınız.
Balıqlar - İşləriniz yaxşı gedəcək. Gücünüz çoxalacaq, maddi vəziyyətinizi yaxşılaşdıra bilərsiniz.
Milli.Az