Cəmiyyət

Gəncədə qadın bıçaq xəsarəti alıb

2 Mart 2021 07:45
Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə ehtiyatsızlıqdan bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına  görə, hadisə şəhərin "38 Hərbi  şəhərcik" adlanan yaşayış binasındakı mənzillərin birində  qeydə alınıb.

2001-ci il təvəllüdlü Fidan İsmayılova qarının daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının yaxınlarının dediyinə görə, mətbəxtə ehtiyatsızlıqdan bıçaq əlindən düşüb qarnına batıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.