Cəmiyyət

Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub

1 Mart 2021 18:49
Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videomaterial hazırlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan məlumat xarakterli videomaterialda bəşər tarixinin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımı ilə bağlı həqiqətlər ingilis dilində hazırlanıb. Videomaterialda Azərbaycan tarixi, çar Rusiyası tərəfindən ermənilərin Qarabağa köçürüldüyü, "böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və təcavüzkar siyasət apardıqları, terror və soyqırımlar törətdikləri barədə faktlar nəzərə çatdırılıb, Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Dünya ictimaiyyətinin bu cür dəhşətli faciənin bir daha yaşanmasına yol verməyəcəyinə ümid ifadə edilib.

Videomaterialı bu linkdən izləmək mümkündür:

https://cloud.mail.ru/stock/eCr78sJXVvdNQVhMP3pgoAs9

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.