Cəmiyyət

Öskürəyi kəsən təbii üsullar

28 Fevral 2021 13:38
Baxış: 1 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qış mövsümündə bir çox xəstəliklər özünü biruzə verməyə başlayır. Soyuqdəymə zamanı ən tez əmələ gələn öskürək isə ən gec keçən simptomdur.

Milli.Az axşam.az-a istinadən ev şəraitində öskürəkdən xilas olmağın yollarını təqdim edir:

Ballı süd

Südə bal əlavə olunarsa, öskürəyi azaldır. Yatmadan əvvəl qəbul edildikdə yaxşı yuxu gətirir.

Soğan suyu

Təzə soğanın sıxılmış suyu bir qaşıq balla qarışdırılıb içilməlidir. Bu qarışım ən effektiv üsullardan biridir.

Mayenin qəbul edilməsi

Boğaz və bronx qişasına qan axını stimullaşdırmaq üçün öskürək olduqda kifayət qədər maye içmək vacibdir. Bitki çayları, bəlğəmin incəldilməsi və öskürəyin asanlaşdırılması üçün idealdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.