Cəmiyyət

Xocalının dərdini danışan gül - VİDEO

26 Fevral 2021 12:44
Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanayaraq qopan ləçəyi ölümü təcəssüm edir

Milli.Az Real-TV-yə istinadən bildirir ki, elə ilk dəfə dünyadan Xocalıya ədalət istəyərkən logo kimi istifadə etdik bu çiçəkdən.

Ölümü təcəssüm eden qanayaraq qopan yarpağı ilə dünyaya erməni vəhşətini çatdırmağa çalışıdıq.

29 il əvvəl Xocalıda vəhşicəsinə qətl edilən 613 dinc sakinə, 106 qadına, 63 azyaşlı uşağa, 70 qocaya, tamamı ilə məhv edilən 8 ailə ailəyə etirazdır "Badam ağacı çiçəyi".

Çünki onlar üçün bir daha bahar gəlmədi. Xocalıda 26 fevral 1992 ci ildə həyat söndü.

Hazırda Xocalı soyqırımını dünyanın bir sıra ölkələrinin parlamenti səviyyəsində tanıyır.

İndiyədək ABŞ-ın 24 ştatı Xocalını qətliam kimi tanıyan sənədlər qəbul edib.

Ədalətin təmin edilməsini , Xocalı qətliamı kimi qəddarlıqların təkrar olunmamasına ümidi əks etdirir "Badam agacı çiçəyi". Xocalınin ədaləti bərpa olunmayana qədər, 29 il əvvəl o gecede qəlbləri donan xocalıları xatırladacaq bu çiçək hər kəsə.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.