Cəmiyyət

DİQQƏT - Bakıda bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılır

26 Fevral 2021 09:47
Baxış: 1 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hazırda 26 fevral Xocalı soyqırımının anım günü qeyd edilir. Ziyarətçilərin "Ana fəryadı" abidəsi istiqamətinə hərəkətində təhlükəsizlik təmin edilməsi məqsədi ilə Xocalı prospekti və abidə istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhduddiyyət qoyulub".

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis (DYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, hazırda Yusif Səfərov küçəsindən Xocalı prospekti istiqamətinə, 10-cu zavod dairəsindən, Babək prospektindən, Nəcəfqulu Rəfiyev küçəsindən, Nobel prospektindən, eləcə də Mehdi Mehdizadə və Sabit Orucov küçələrindən avtomobillərin hərəkətinə məhduddiyyət qoyularaq istiqamət dəyişdirilib:

"Xocalı soyqırımı qurbanlarını "Ana fəryadı" abidəsi önündə yad etmək üçün hərəkət Nəcəfqulu Rəfiyev küçəsindən təşkil edilib. Belə ki, 5 nəfərdən ibarət qrup halında, qoruyucu maskalar olmaq şərtiylə, ara məsafəsi saxlanılır və piyada bu istiqamət üzrə hərəkət edilir. Xocalı soyqırımı qurbanlarını abidə önündə yad etdikdən sonra Xocalı prospekti Bakı Metropoliteninin "Xətai" stansiyasının qarşısından keçməklə Natiq Əliyev küçəsindən sağa istənilən istiqamətə hərəkət təşkil edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.