Cəmiyyət

Evində partlayış olan aktyorun son durumu - Ciddi yanıq xəsarətləri var - VİDEO

24 Fevral 2021 12:59
Baxış: 3 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evində partlayış olan aktyorun son durumu - Ciddi yanıq xəsarətləri var

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda Kukla Teatrının aktyoru Cavid Telmanın evində partlayış olub. Hadisə zamanı gənc aktyor ağır yanıq xəsarətləri alıb. Onuu qonşuları dərhal evdən çıxararaq təcili yardımla xəstəxanaya aparıblar. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər. 

Evdə qəfil baş verən partlayış aktyorun ağır xəsarət alması ilə nəticələnib.

Hadisə ötən gün səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibalayev küçəsində baş verib.  Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman  mənzilində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.

Aktyorun qardaşı Fuad İbrahimov deyir ki, əvvəlcə partlayış, ardından isə kiçik yanğın olub. Hadisə zamanı tək Cavid xəsarət alıb, onun iki uşağını və həyat yoldaşını qonşular evdən çıxarıblar.

Hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evdə araşdırmalar aparıblar. Partlayışın dəqiq səbəbi araşdırmanın sonunda bəlli olacaq.  Qeyd edək ki, aktyor Cavid Telman bir çox seriallarda da aktyor kimi çəkilib. Amma tamaşaçılar onu ən çox Xəzər Televiziyasında yayımlanan ''Ata ocağı'' serialındakı Pərviz obrazı kimi tanıyırlar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.