Cəmiyyət

Şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə sosial və psixoloji dəstək göstərilir - FOTO

18 Fevral 2021 17:54
Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə sosial və psixoloji dəstək fəaliyyəti həyata keçirilir.

Nazirlikdən Milli.Az-a bildirilib ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları, eləcə də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə görüşərək onların sosial problemləri və məişət qayğıları ilə maraqlanıb, bu problemlərin həlli istiqamətində birgə işlər görüblər.

Görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılmış və psixoloji işin tələblərinə uyğun olaraq real vəziyyətlə bağlı tövsiyələr verilmişdir.
Psixoloji bərpa və reabilitasiyaya ehtiyacı olan ailə üzvlərinin siyahısı tərtib edilərək ixtisaslaşmış psixoloji müayinə üçün mütəxəssislərə təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.