Cəmiyyət

Qazi Camal Alxasov da yüksək texnologiyalı protezlə təmin edilir - FOTO

11 Fevral 2021 18:34
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən Alxasov Camal İlqar oğlunun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, müharibədə şərəfli döyüş yolu keçən C.Alxasov Prezident İlham Əliyevin Sərəncamları ilə "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Sumqayıt sakini olan qazi bu günlərdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunub. Müvafiq ölçülər götürülüb, lazımi təlimatlar verilib.

Protezləşməyə tam hazır olandan sonra C.Alxasov yüksək texnologiyalı protezlə təmin ediləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory