Cəmiyyət

Karantin yumşalandan sonra vətəndaşlar işdən bu vəziyyətdə qayıdır - VİDEO

11 Fevral 2021 13:23
Baxış: 2 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, yanvarın 18-dən etibarən Azərbaycanda sərt karantin rejimi yumşaldılıb. İş yerlərinin açılmasından sonra ictimai nəqliyyatda sıxlıq müşahidə edilir.

Məlumdur ki, Bakı metrosu hələ də açılmayıb və onun nə zaman fəaliyyətə başlayacağı barədə rəsmi informasiya yoxdur. Ona görə də sərnişinlər ictimai nəqliyyatdan daha çox istifadə edirlər. Bu isə hər gün pik saatlarda avtobuslarda sıxlığın yaranmasına gətirib çıxarır.

Növbəti belə bir mənzərə 2 nömrəli avtobusda qeydə alınıb. Koronavirusa yoluxanların sayının azaldığı bu günlərdə müşahidə edilən bu cür sıxlıqlar statistikanın yenidən artacağını istisna etmir.

Milli.Az oxucular tərəfindən qafqazinfo-ya göndərilən videonu təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.