Cəmiyyət

İki şəhid atası "YAŞAT" fondu tərəfindən əməliyyat olunub - FOTO

2 Fevral 2021 16:05
Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"YAŞAT" fondu iki şəhid atasının əməliyyat xərclərini ödəyib.

Bu barədə Milli.Az-a fonddan bildiriblər. Qeyd edilib ki, "YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

Şəhidimiz Elfaq Nağıyevin atası Azad Nağıyevin, Eltun Qasımovun atası Vüqar Qasımovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Qeyd olunub ki, şəhidimiz Tural Qarayevin anası Səmayə Qarayevanın və həyat yoldaşı Durdana Qarayevanın da müalicə və əməliyyat xərcləri Fond tərəfindən təmin ediləcək.

Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.