Cəmiyyət

“Azərsu” abonentlərə müraciət etdi: "Ancaq 10 manat yükləmə etmək mümkündür"

31 Yanvar 2021 17:45
Baxış: 6 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib:

"Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür. Abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.