Cəmiyyət

İsmayıllıda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - FOTO

30 Yanvar 2021 20:03
Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində Qəbələ rayon sakini Fəzail Bəşirov idarə etdiyi 10-MN-810 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Fəzail Bəşirov və sərnişinlər-Qəbələ rayon sakinləri, 1962-ci il təvəllüdlü Bəhramov Məzahir Yusif oğlu, 1966-cı il təvəllüdlü Quliyev Faiq Ənvər oğlu, 1961-ci il təvəllüdlü Quliyeva Tamam Yusif qızı və 1985-ci il təvəllüdıü Bəhramova Ülviyyə Məzahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.