Cəmiyyət

DİN Qida Təhlükəsizliyi İnstitutunu cərimələdi

30 Yanvar 2021 15:02
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi tərəfindən Qida Təhlükəsizliyi İnstitutu cərimələnib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, QTİ-yə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsizlik şəhər kamerası ilə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı QTİ-yə rəsmi sorğu göndərib. Lakin İnstitut polisin bu sorğusuna cavab verməyib. Buna görə də Qida Təhlükəsizliyi İnstitutu barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib.

Protokolla bağlı qərar verilməsi üçün Binəqədi rayon məhkəməsinə müraciət edilib. İşə fevralın 12-də baxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.