Cəmiyyət

Bakıda polis avtomobili qəzaya uğrayıb - FOTO

30 Yanvar 2021 08:08
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən "Kia" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan "Kia" Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinə məxsus "FIAT" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Kia"da olan bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.