Cəmiyyət

Üç qadını fahişəliyə cəlb edən Zənfirənin işi MƏHKƏMƏDƏ

28 Yanvar 2021 18:19
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan Zənfirə Həsənovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əlövsəd Abasovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Zənfirə Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Zənfirə Həsənova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Cinayət işi üzrə üç qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.