İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni filialı açıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Agentlikdən bildiriblər. Bununla da Agentliyin fəaliyyət göstərən filiallarının sayı 8-ə çatıb.
Belə ki, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Quba, Şamaxı, Şirvan və Lənkəran filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər. Agentliyin Gəncə filialı Gəncə və Naftalan şəhərlərini, Samux, Goranboy, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarını, Mingəçevir filialı Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Şəki filialı Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarını, Ağcabədi filialı Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarını, Quba filialı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını, Şamaxı filialı Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarını, Şirvan filialı Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarını, Lənkəran filialı Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarını əhatə edir.
İcbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq, sistemi əhali üçün əlçatan etmək və digər bu kimi məsələlər filialların fəaliyyət istiqamətləridir.
Filiallar Xidmətlər Zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək, tibbi xidmətlərin həcmini və keyfiyyətini yoxlamaq, ilkin səhiyyə xidmətinin təşkilinə və vətəndaşların ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarət etmək vəzifələrinə malikdir. Habelə, icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər görmək, vətəndaşları qəbul etmək və icbari tibbi sığorta sistemində sığorta olunan şəxslərin hüquqlarının müdafiəsinə təminat vermək filialların vəzifələri sırasındadır.
Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Emin Hüseynovun sözlərinə görə, filiallar icbari tibbi sığorta sahəsində Agentliyin fəaliyyətinə dəstək göstərəcəklər: "Filiallar tibb müəssisələri tərəfindən təqdim olunan icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə reyestrlərin qiymətləndirilməsində, məlumatların araşdırılmasında, habelə tibb müəssisələrində istifadəyə verilmiş proqram təminatının idarəedilməsi ilə bağlı yarana biləcək texniki problemlərin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər".
Filiallara rəhbərlik edən şəxslər, filialların əhatə etdiyi inzibati ərazilərdə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin, həkim və orta tibb işçilərinin sayı və s. barədə ətraflı məlumatlarla Agentliyin saytında yerləşdirilən interaktiv xəritədən tanış ola bilərsiniz.
Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





