Cəmiyyət

Səfirlik "Ukrayna və Azərbaycan: diplomatik münasibətlərin 102 ili" adlı müsabiqə elan edir

23 Yanvar 2021 14:27
Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi "Ukrayna və Azərbaycan: diplomatik münasibətlərin 102 ili" adlı müsabiqə elan edib.

Səfirlikdən Milli.Az-a daxil olan məlumatda bildirilir:

"Hörmətli dostlar! Yüz il bundan öncə, 8 fevral 1919 il tarixində Ukrayna Xalq Respublikası və Demokratik Respublikası arasında ilk dəfə diplomatik münasibətlər qurulub. İllər sonra, ölkələrimiz müstəqillik əldə etdikdən sonra, 6 fevral 1992 ildə diplomatik münasibətlər bərpa olunmuşdur.

Bu münasibətlə, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi "Ukrayna və Azərbaycan: diplomatik münasibətlərin 102 illiyi" adlı müsabiqə elan edir. Müsabiqədə iştirak üçün Azərbaycanda yaşayan Azərbaycan və Ukrayna vətəndaşları dəvət olunur. Müsabiqənin şərtləri çox sadədir. Fevral ayının 5-nə qədər Səfirliyin Facebook-dakı səhifəsinə abunə olmaq, Ukrayna və Azərbaycan qardaşlığını simvolizə edən şəxsi arxivinizdəki şəkli Facebook-da paylaşmaq, #UkraineAzerbaijan29 heshteqini qeyd edərək, şəkil barədə qısaca bəhs etmək və Ukraynanın Azərbaycandakı Səfirliyini tag etmək lazımdır.

Qalib olaraq iki nəfər seçiləcək. Birinci qalib olaraq ən maraqlı və ən orijinal fotonun sahibi, ikinci qalib isə ən çox layk və repost yığmış şəklin sahibi seçiləcək.

Qalibləri gözəl hədiyyələr gözləyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.