Cəmiyyət

Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin Əkbərli - VİDEO

22 Yanvar 2021 18:52
Baxış: 1 068

Onların döyüş yolunu izləmək, öyrənmək və insanlara çatdırmaq hər birimizin borcudur. Bu gün tanıyacağımız qazi Ruhin Əkbərli Vətən Müharibəmizin fatehlərindən birinə çevrilməmişdən öncə Azərabycan idmanının fatehi olaraq uğurlara imza atıb, Avropa Kuboklarında, Dünya çempionatında iştirak edib. Uzun illər Azərbaycan bayrağını dünya idman arenalarında, hətta düşmənlərimizin belə iştirak etdiyi mötəbər yarışlarda zirvələrə qaldıran Ruhin, Şuşanın azadlıq bayrağını qaldıranlardan birinə çevrildi.

44 günlük İkinci Qarabağ Müharibəsinin əsas məqamlarından olan Şuşa əməliyyatı dillərdə dastan oldu. Qazimiz Ruhin Əkbərli də Şuşanın erməni əsarətindən xilas olmasında iştirak edib. Müharibə kontuziyasız ötüşmədiyi üçün Ruhin də gedən döyüşlər zamanı yaralanıb. Üstəlik artıq Vətən müharibəsinin mənəviyyat simvoluna çevrilən "əsgər yoldaşını xilas etmək" missiyası zamanı.

Ruhinin timasalında Azərbaycan əsgəri döyüşlər zamanı misli görünməmiş qardaşlıq, dostluq, birlik, həmrəylik nümayiş etdirdi, hərbçi yoldaşı üçün öz canını heçə saydı. Bu gün işğaldan azad olunmuş torpaqlar rahat nəfəs alırsa, bunu ordumuzun hər bir fərdinə borcluyuq. Ona görə də onları tanıyaq və tanıdaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.