Cəmiyyət

Zaqatalada qaz xəttini və elektrik dirəyini ildırım vurub

19 Yanvar 2021 08:53
Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 18-i axşam saat 22:30-dan başlayaraq rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Aşağı Tala kəndi ərazisində 70 abonenti qazla təmin edən 76 mm-lik qaz xəttini ildırım vurması nəticəsində yanğın baş verib.

Hadisə yerinə cəlb edilən müvafiq qurumlar tərəfindən yanğının qarşısı alınıb. Abonentlərə təbii qazın verilməsi müvəqqəti dayanıb. Ərazidə olan elektrik dirəyini də ildırım vurub. Əraziyə elektrik enerjisinin verilməsində müddətli fasilə yaranıb.

Müvafiq qurumların apardıqları təmir nəticəsində elektrik enerjisinin verilməsi qısa müddətdə bərpa edilib.

Qeyd edək ki, mütəxəssislər qış aylarında güclü ildırım çaxmasını nadir təbiət hadisəsi kimi xarakterizə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.