Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaxın aylarda daha 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Nazir müavini postmüharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvünün, qazinin, müharibədən zərər çəkən şəxsin bu dəstəklə əhatə olunduğunu qeyd edib. O cümlədən 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlərin təyin edildiyini, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğuluq proqramlarına cəlb olunduğunu, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərildiyini diqqətə çatdırıb.
O, son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib. İndiyədək bu kateqoriyalardan olanlara 9100-dən çox mənzil və fərdi evin, 7200-dən çox avtomobilin verildiyini qeyd edib. Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesinin bitməkdə olduğunubildirib. Bu yeni mühüm proqramın şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcəyini deyib.
A.Kərimov diqqətə çatdırıb ki, son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb. Yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimiz reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır. Son bir ayda onlara 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub, hazırda da bu sahədə işlər davam edir.
Nazir müavini vurğulayıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ilə güclənməsinə imkan verib. 2020-ci ildə də sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20%, Prezidentin təqaüdü və müavinət üzrə 18%, ünvanlı sosial yardım üzrə 41% çox vəsait yönəldilib.
A.Kərimov dövlət başçısının Fərmanları ilə şəhid ailələri və müharibə iştirakçılarına növbəti dəstək kimi, cari ilin əvvəlindən onlara yönələn təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını, yeni təqaüd növlərinin təsis edildiyini, 100 minədək insanın bu fərmanlarla əhatə olunduğunu qeyd edib. O, ötən il sosial ödənişlərin davamlılığının təmin olunduğunu, ünvanlı sosial yardım proqramının genişləndiyini, bu proqrama əlçatanlığın artırıldığını və proqramın şərtlərinin yumşaldıldığını bildirib.
Nazir müavini Bildirib ki, 2021-ci ildə qarşıda duran sosial hədəflər sırasına postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərinin daha da genişləndirilməsi, sosial ödənişlərinin davamlılığının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun qurulmasınabaşlanması, sosial proqramların, o cümlədən mənzil və avtomobillə təminat, özünüməşğulluq və s. proqramların daha da genişləndirilməsi, yeni DOST, reabilitasiya və sosial xidmət mərkəzlərinin yaradılması, Nazirlik üzrə e-xidmətlərin sayının 61-dən 100-ə çatdırılması və s. daxildir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)





