Cəmiyyət

Qəhrəman şəhidimiz Əhliman Mehdiyev - VİDEO

16 Yanvar 2021 14:06
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli rayonu Məzrəli kənd sakini Əhliman Mehdiyev vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdandır. 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanan Əhliman Mehdiyev vətən müharibəsi başlayan zaman xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu kimi döyüşlərə qatılaraq şəhidlik zirvəsinə ucalır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tərbiyəsi və qorxmazlığı ilə kənddə böyükdən-kiçiyə hər kəsin sevimlisi olan Əhliman Mehdiyev uşaqlıqdan vətənpərvər ruhda böyüyüb

O, 2002-ci il may ayının 17-də İmişlinin Məzrəli kəndində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyan zaman daim, vətənpərvərliyi və qorxmazlığı ilə həmyaşıdlarından seçilən Əhliman orta məktəbi bitirdikdən sonra 2020-ci ilin iyul ayında hərbi xidmətə yola düşür. O, xidmətə xüsusi təyinatlı hərbi hissədə başlayır. Vətən müharibəsi başlayanda Əhliman da döyüşlərə yollanır.

Onun döyüş yolu Murov dağı istiqamətindən başlayıb. Əhliman həmin ərazidə yerləşən Koroğlu yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib. Növbəti tapşırıq zamanı döyüşçü yoldaşları ilə birgə Ömər Aşırımı adlanan mövqeyi ələ keçirmək üçün hücuma keçib. İki güllə yarası alsa da, döyüşə davam edib. Lakin düşmən tərəfindən atılan artilleriya mərmisi onun yaxınlığına düşüb və Əhliman şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Əhliman Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.