Etibarın əbədiyyət ünvanı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nə Qarabağı, nə də Laçını görmüşdü, çünki o dünyaya gələndə nə Qarabağ var idi, nə də Laçın...
Əslən Laçın rayonunun Şeylanlı kəndindən olsa da, Ağcabədi rayonunun Aran kəndində doğulmuşdu, doğma rayonun işğalından sonra valideynləri bu kənddə məskunlaşmışdılar. Etibar 1998-cı il noyabrın 14-də ilk dəfə dünyaya salam vermişdi.
Uşaq vaxtından idmana böyük maraq göstərib, karate və kikboksinqlə məşğul olub, bir sıra uğurlar qazanıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, orta məktəbi bitirəndən sonra 2017-ci ildə müddətli hərbi xidmətə yollanıb. Xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat bölmələrində təlimlər keçib, ön xətdə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilib. 2018-ci il iyulun 2-də ordu sıralarından tərxis olunub. Etibar Nəcəfov istər hərbi xidmət zamanı, eyni zamanda, mülki həyatda nizam-intizamı ilə seçilərək ətrafındakıların böyük hörmət və rəğbətini qazanıb. Daha çox cəsarətli, mərdliyi və qorxmazlığı ilə onu tanıyanların yaddaşında qalıb.
Ötən il sentyabrın 27-də Azərbaycan Milli Ordusunun düşmən təxribatına qarşı başladığı əks-həmlə əməliyyatlarından sonra könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciət edib. Oktyabrın 1-dən torpaqlarımızın azadlığı uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda silaha sarılıb. 44 gün davam edən Vətən müharibəsində əsgər yoldaşları hər döyüşdə onun göstərdiyi igidlik nümunəsinin canlı şahidi olublar. Etibar komandirlərin verdiyi tapşırıqlarını heç nədən çəkinmədən, qorxmadan axıradək yerinə yetirir və döyüşdə uğurlu mövqe seçərək düşmənə ağır zərbələr endirirdi. İşğal altında olan qəsəbə və kəndlər azad edildikcə ruhlanır, döyüşdən-döyüşə can atır, Laçına doğru tələsirdi...
Döyüş yoldaşları onun cəsarət və mərdliyindən ürək dolusu danışırlar. Məhz bu keyfiyyətləri sayəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşub, hünər göstərib.
Etibar sonuncu dəfə atası Mehman Nəcəfovla telefonla danışıb. Atasının suallarına üstüörtülü şəkildə cavab verib və irəli getdiklərini deyib: "İnşallah, qayıdanda danışaram, heç bir narahatlığa əsas yoxdur, hər şey qaydasındadır"... Atasından bir xahiş də edib: "Anama de ki, narahat olmasın"...
Bu, onun son cümləsi olub...
Etibar Nəcəfov Qubadlı uğrunda gedən doyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
O, Qarabağın, doğma Laçının azadlığı uğrunda silaha sarıldı.
Qarabağı, Laçını görməyə-görməyə...
O, Vətənin ağır günündə onun çağırışına ilk hay verənlərdən oldu. Ölümü gözünün önünə alaraq düşmənin üstünə getdi. Bizi addım-addım, metr-metr, səngər-səngər müqəddəs Qarabağa, möhtəşəm Qələbə gününə yaxınlaşdırdı...
Özü həmin günü görməsə də...
Özünə heç vaxt unudulmayacaq, ürəklərdə yaşayacaq bir ünvan qazandı-əbədiyyət ünvanı...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu





