Cəmiyyət

Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir - FOTO

12 Yanvar 2021 13:35
Baxış: 677
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Abbas Mədəd oğlu Yusifovun da yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən bildiriblər. Prezident İlham Əliyevin Sərəncamı ilə Yusifov Abbas Mədəd oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib.

7-10 gün ərzində protezləşməyə tam hazır olandan sonra Abbasdan ölçülər götürülərək yüksək texnologiyalı protezlə təmin ediləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.