Dörd bacısının fəxri, Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan Murad Məmmədov - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhid Murad Məmmədov Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Murad Əzizulla oğlu Məmmədov 1995-ci il martın 31-də Qusar rayonunun İmamqulukənd kəndində dünyaya göz açıb. Dörd bacının tək qardaşı və ailənin sonbeşiyi idi. Atası dünyadan vaxtsız köçən Murad əsgərlikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu kimi çalışıb. Vətən müharibəsinin ilk günündən düşmən üzərinə hücuma keçən qruplarda yer alıb.
Şəhidin anası Cəminət Məmmədova Murad haqqında keçmiş zamanda danışmağa artıq çətinlik çəkdiyini söyləyir.
"Murad 4 bacının bir qardaşı idi. Əsgərliyi bitirdikdən sonra hərbidə çalışmağa başladı. İşindən çox razı idi. Murad mehriban, zəhmətkeş biri olaraq, hər çətinliyə qatlaşırdı. İşləyib ev-eşiyini düzəltmək istəyirdi. Maaşını evə göndərirdi ki, evimizin təmirini tamamlayaq. Sonuncu dəfə evə 2020-ci ilin may ayında məzuniyyətə gəlmişdi. Bir həftədən sonra onu xidmətə yola salanda elə bil ürəyimə dammışdı. Dedim, oğlum, bilmək olmaz başıma bir iş gələr, gəl səni qucaqlayım. İcazə vermədi. Qapıya çatanda dedi ki, ana gözlərimə yaxşı-yaxşı bax, əksi gözlərində qalsın. Sağollaşmağa qoymadı, çıxdı getdi. Müharibənin başlamasını bacılarına desə də, tapşırmışdı ki, mənə bildirməsinlər. Sonuncu dəfə oktyabrın 7-də danışdıq. Üç gün sonra isə şəhadətə qovuşdu", - deyə şəhidin anası bildirir.
Manqa komandiri seçilən Murad qumbaraatandan atəş açaraq düşmənin canlı qüvvəsini məhv edirdi. Ailə üzvləri Müdafiə Nazirliyinin müharibə ilə bağlı yaydığı ilk görüntülərdə Muradın döyüş kadrlarını görüb çox qürurlanmışdı.
"Qardaş acısı çox ağırdır. Murad ailəsi, dostları və tanışları ilə çox mehriban davranırdı. Müharibə vaxtı zəng vuranda "hər şey yaxşıdır bacı, narahat olmayın" deyirdi. Qardaşım qəhrəmancasına döyüşdü. Mən onunla qürur duyuram. Allah ona rəhmət eləsin",- deyə şəhidin bacısı Həlimə söyləyir.
Muradın digər bacısı Aleyna qardaşının böyük arzularının olduğunu, amma Vətən sevgisini hər şeydən üstün tutduğunu qeyd edir: "Naftalanda işləyirdi. Sonra onları ön cəbhəyə apardılar. Mənə yazmışdı ki, bacı, biz döyüşlərə başlayırıq. Amma anama deməməyi tapşırdı. Onun böyük arzuları vardı. Biz də həmişə onun ailə qurmasını, xoşbəxt olmasını arzulayırdıq. Anam bizi çox çətinliklərlə böyüdüb. Murad işləyib bu evi düzəltdi, amma özü yaşaya bilmədi. Fəxr edirəm ki, qəhrəman qardaşım var. O, Vətən uğrunda şəhid olub".
Murad Məmmədov oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onunla birlikdə Suqovuşan döyüşlərində dayısı oğlu Orxan Əbiyev də döyüşüb. Orxan yaralandığından Muradın sonrakı taleyindən hospitalda xəbər tutub.
"Muradla iki ilə yaxın Mingəçevirdə bir yerdə xidmət etdik. Sonra xidmət yerlərimiz dəyişdi. Mən ona neçə dəfə dedim ki, Murad, sən dörd bacının bir qardaşısan, bəlkə xidmətini başa vurasan. Amma o, fikrindən dönmədi. Deyirdi, Vətən uğrunda şəhid olsa, onun üçün şərəfdir. Murad düşmənin atdığı artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucaldı. Mən də yaralanmışdım. Muradın şəhid olması xəbərini hospitalda eşitdim".
İyirmi beş yaşında şəhidlik zirvəsinə ucalan Murad ölümündən sonra "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib





