Cəmiyyət

Elektron dərslik portalına giriş sayı milyondan çox olub - Təhsil Nazirliyi

8 Yanvar 2021 18:47
Baxış: 736
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google Analytics"in 2020-ci il dekabr ayının statistik göstəricilərinə əsasən, elektron dərslik portalı (e-derslik.edu.az) Azərbaycanda ən çox müraciət olunan internet resursları sırasında 22-ci yerdədir.

Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, ötən ilin dekabr ayı üzrə portalın aktiv istifadəçi sayı 420 min, ümumi giriş sessiyalarının sayı isə 1,4 milyonu əhatə edib.

Portala ən çox giriş sayı ABŞ, Almaniya, Birləşmiş Krallıq, Niderland, Fransa, Rusiya, Ukrayna, Polşa və Türkiyədən, ölkə daxilində isə Bakı, Sumqayıt və Gəncə şəhərlərindən olub.

Hazırda portalda ümumi və peşə təhsili üzrə 600-ə yaxın elektron dərslik mövcuddur. Bu dərsliklər video, qrafika və digər multimedia vasitələri ilə zənginləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.