Cəmiyyət

"Pələng" ləqəbi şəhid Qəzənfər Mütəllimov - Qızı pəncərədən baxaraq atasını çağırır - VİDEO

7 Yanvar 2021 17:05
Baxış: 1 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Döyüşçüləri silah-sursat və ərzaqla təmin etməklə yanaşı, ağır döyüşlərdə iştirak edib. 300-dən çox yaralını və xeyli şəhidi döyüş meydanından çıxarıb. Söhbət döyüş yoldaşlarının "pələng" ləqəbi ilə çağırdığı şəhid Qəzənfər Mütəllimovdan gedir. Baş verənlərdən xəbərsiz olan azyaşlı qızı isə hələ də pəncərədən baxaraq atasını çağırır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, çölə baxaraq elə hey atasını çağırır. Bəlkə də atasının ən uca zirvədə olduğundan xəbərsizdir...

Sumqayıtdan olan şəhid Qəzənfər Mütəllimov da Vətən Müharibəsində şücaətləri ilə seçilənlərdəndir. 3 bacının tək qardaşı olan Qəzənfər Xüsusi Təyinatlı Qüvvələrin təminat bölməsində xidmət edib. O, aprel döyüşlərində də Talış kəndi istiqamətində iştirak edib və Qəzənfərdən bir neçə gün xəbər ala bilməyən yaxınları onun şəhid olduğunu düşünüblər.

Qəzənfər Vətən Müharibəsində döyüşçüləri silah-sursat və ərzaqla təmin etməklə yanaşı, ağır döyüşlərdə də iştirak edib. 300-dən çox yaralını və xeyli şəhidi döyüş meydanından çıxaran Qəzənfərə "Pələng" ləqəbi qoyublar.

Qəzənfər oktyabrın 5-də Cəbrayılda şəhid olub.

Qəzənfər Mütəllimov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.