Cəmiyyət

Bakıda avtomobil mağazaya çırpılıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

7 Yanvar 2021 08:43
Baxış: 1 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai rayonunda yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Toyota"nın sürücüsü, 1971-ci il təvəllüdlü Əhmədov Elxan Sərvər oğlu başın çoxsaylı kəsilmiş yaraları və sol əl barmaqlarının açıq sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Eyni zamanda həmin avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Əhmədzadə Ceyhun Əvəz oğlu alının əziyi xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxananın növbətçi həkiminin  verdiyi məlumata görə, sürücü Elxan Əhmədovun vəziyyəti stabil-ağırdır. O, reanimasiya şöbəsindədir.

00:18

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olan zaman "VAZ 2107" markalı maşına çırpılıb. "Toyota" daha sonra çılçıraq mağazasına çırpılıb.

Qəza nəticəsində "Toyota"nın sürücüsü ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.