Cəmiyyət

Bu gün Ermənistanın sərhəddi Azərbaycanın tələb etdiyi kimi qeyd olunur - ermənilərin etirafı

6 Yanvar 2021 22:25
Baxış: 2 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Ermənistanın sərhədləri ilə bağlı vəziyyət biabırçı vəziyyətdədir. Milli.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Qarabağ separatçıları liderinin keçmiş müşaviri Tiqran Abramyan keçirdiyi mətbuat konfransında bəyan edib.

"Birincisi, hakimiyyət nümayəndələri bu mövzuda səhv, bir-birini təkzib edən məlumatları verirlər. Hissə demarkasiyadan danışır. Digərləri bəzi ilkin dəyişikliklərdən danışırlar. Əslində bu gün sərhədin Azərbaycanın tələb etdiyi kimi qeyd olunduğunu unutmamalıyıq. Təəssüf ki, Ermənistan hakimiyyəti yalnız başlarını sallayaraq bütün tələbləri təsdiqləyirlər", - dedi Abramyan.

Ermənistan Müdafiə nazirliyinin fəaliyyətindən danışan Tiqran Abramyan bunları söylədi: "Müdafiə nazirliyi ölən, yaralı, itkin düşənlər barədə məlumat verməyəcəyini bildirdi. Düşünürəm ki, bu çox təhlükəlidir. Müharibə zamanı belə açıqlamalar problemlərə yol aça bilərdisə, indi bu rəqəmlər təhlükəsizliyimiz baxımından təhlükəli bir vəziyyət yarada bilər. Hazırda Müdafiə nazirliyinin nə işlə məşğul olduğu bəlli deyil, indiyə qədər nazirin müavinləri belə yoxdur. Müdafiə nazirliyinin öz funksiyasını yerinə yetirməməsi açıq-aşkar görünür".

Aslan Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.