Cəmiyyət

Azərbaycanda 802 yeni yoluxma, 2479 nəfər sağaldı

5 Yanvar 2021 16:40
Baxış: 3 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 221401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib, aktiv xəstə sayı 19396 nəfərdir.

Ölkədə son sutka ərzində 8435, hazırkı dövrədək isə 2222629 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.