Cəmiyyət

Qəhrəman şəhidlərimizdən biri də rəssam, 24 yaşlı Rauf İbadovdur - VİDEO

5 Yanvar 2021 14:00
Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Qarabağ müharibəsində canını vətən üçün qurban verən qəhrəman şəhidlərimizdən biri də rəssam, 24 yaşlı Rauf İbadovdur. Yaradıcı insanlar həssas olur. Bu həssaslıq vətənə torpağa qarşı ümmansızdır. Könüllü cəbhəyə yollanacaq qədər cəsurdur. Yaralı və şəhid əsgər yoldaşlarını çiyinlərində daşıyacaq qədər müqəddəsdir. Döyüşlərdə son nəfəsinə qədər mübarizədir. Şəhadətdir. Rəssam həm də gələcəyin rəsmini çəkən. Vətən müharibəsində isə gələcək üçün vuruşanların qələbə rəsmini tamamlayandır.

Döyüş meydanından yaralı şəhid əsgər yoldaşlarını öz çiynində daşıyıb. Yüksək qəhrəmanlığına görə 3 medal və fəxri fərmanlara layiq görülən 24 yaşlı Abşeronlu şəhid Rauf İbadov.

Ali təhsilli gəncimiz Sentiyabırın 21-də könüllü olaraq Cəbhəyə yola düşüb. Atası Məhərrəm İbadov deyir ki, oğlu 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərib. Məhz bu şücayətinə görə, xidmət etdiyi N saylı Hərbi Hissə komandanlığı tərəfində Fəxri Fərmana layiq görülüb. Rauf İbadov Oktyabırın 23-də Füzulidə düşmənin açdığı atəş nəticəsində şəhid olub.

Rauf İbadov həmdə rəssam olub. Çəkdiyi rəsm əsərlərinin əksərriyəti Vətənpərvərlik mövzusunu əhatə edib.

Şəhid Rauf İbadov Abşeron rayon Saray qəsəbə şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" , "Füzulinin Azad olunması görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Allah rəhmət eləsin.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.