Cəmiyyət

2021-ci ilin ilk günü hava necə olacaq?

31 Dekabr 2020 12:07
Baxış: 1 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 1-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin Milli.Az-a verdiyi məlumata görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10, Bakıda gecə 4-6, gündüz  8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq. 

Yanvarın 1-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.