Cəmiyyət

Əlilliyi olan şəxslərin yaşadığı evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləği təsdiqlənib

30 Dekabr 2020 19:54
Baxış: 1 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti 520 № li Qərarına dair izah verib.

Qurumdan Milli.Az-a bildirilib ki, qərarla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləği təsdiq edilib.

Qərar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləğini müəyyən edir və əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərdə onlar üçün zəruri olan mənzil-məişət şəraitinin yaradılmasını nəzərdə tutur.

Dayaq-hərəkət funksiyası pozulmuş əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərə sərbəst giriş-çıxışını təmin etmək məqsədilə evlərin girişində pandusların quraşdırılması, öz-özünə xidmət etmək üçün sanitar qovşağinda tutacaq və dayaqların quraşdırılması, sanitar qovşağının qapısının xaricə açılan olmaqla bərabər bayırdan açılmasının da təmin edilməsi zəruri hesab olunur.

Fərdi evlər uyğunlaşdırılarkən əlilliyi olan şəxslərin, xüsusi ilə də gözdən əlillərin qapı açılarkən zədə almaq ehtimalı yüksək olduğu üçün otaqların və mətbəxin qapılarının xüsusi diyircəklər üzərində hərəkət edən qapılarla əvəz olunması vacib hesab edilir.

Fərdi evlərin uyğunlaşdırılması xərcləri otaq sayına uygun olaraq cari qiymətlər səviyyəsində hesablanmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.