Cəmiyyət

Quba polis rəisi Bakıda vəzifəyə təyin edildi

26 Dekabr 2020 15:44
Baxış: 3 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov yeni vəzifəyə təyin edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Nemətov vəzifəsindən azad edilərək Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, ötən ay Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.