Cəmiyyət

Yaralanmış əsgərin ailəsi ilə görüşdülər - FOTO

26 Dekabr 2020 14:56
Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış Rahmanov Azər Xanoğlan oğlunun ailəsi ilə görüşüblər.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Cəlilabadın Göytəpə qəsəbəsində yaşayan ailə 3 nəfərdən (əsgərin özü, anası və qardaşı) ibarətdir.

Azərin anası hazırda işləyir, qardaşı 26 yaşlı Rəfael də Bakıdakı şirkətlərin birində çalışır.

Azərin əlillik dərəcəsinin qiymətləndiriləcəyi və əlillik təyinatı aparıldığı halda onun Nazirlik tərəfindən aylıq sosial ödənişlərlə və reabilitasiya xidmətləri ilə təmin olunacağı, digər sosial dəstək tədbirləri ilə əhatə olunacağı barədə ailəyə məlumat verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.