Cəmiyyət

Sərrast atışları ilə düşmənin canlı qüvvəsini və texnikasını məhv edən qəhrəman - VİDEO - FOTO

30 Dekabr 2020 22:35
Baxış: 1 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində qəhrəmanlıq göstərək şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülərdən biri də Cəlilabad rayonunun Cəfərxanlı kəndində doğulub boya-başa çatmış Səyadulla Əhmədovdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ailənin ilk övladı olan Səyadulla zəhmətsevərliyi ilə seçilirdi. Onun bu işgüzarlığı Vətən müharibəsində komandirlərinin də diqqətindən yayınmadı. 22 yaşlı döyüşçünü yüksək peşəkarlığına görə tağım komandiri təyin etmişdilər. O, sərrast atıcı kimi döyüşlərdə həmişə öndə gedirdi.

Səyadulla Vətən müharibəsində cəbhənin cənub istiqamətindəki döyüşlərdə sərrast atəşlə dəfələrlə düşmənin canlı qüvvəsini və texnikasını məhv etmişdi. İgid döyüşçü oktyabrın əvvəlində növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub...

44 günlük Vətən müharibəsinin ilk günlərində Səyadulla kimi cəsur əsgər və zabitlərin hərbi uğurları sonradan Qubadlı, Zəngilan, eləcə də digər ərazilərimizin işğaldan azad olunmasına yol açdı. İndi isə bu yol bizi Qarabağa aparır...

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının bir qrupu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif ediliblər. Onların arasında cəlilabadlı əsgər Əhmədov Səyadulla Rasim oğlunun da adı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.