Cəmiyyət

Göyçay şəhərinin Baş planı təsdiq edilib

23 Dekabr 2020 14:34
Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş plan təsdiq edilib.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, Göyçay şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmışdır. Baş plan layihəsi 2035-ci ilə qədər olan dövrü əhatə edir.

Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınıb şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.