Cəmiyyət

Bəzi ərazilərin qaz təchizatı dayandırılacaq - Böyük məbləğdə borc var - VİDEO

23 Dekabr 2020 12:29
Baxış: 2 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi ərazilərdə məskunlaşmış məcburi köçkünlərin qaz təchizatı dayandırılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 8772 məcburi köçkün ailəsi üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə edilidyindən külli miqdarda borc yaranıb.

Hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə 8 151 924 manat borc yığılıb. Bununla yanaşı fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə isə 135 210 manat borc yığılıb.

Eyni zamanda, fərdi hesablardan əlavə yataqxanalarda və ya məcburi köçkünlər üçün salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 1 164 708,86 manat borc yaranıb.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilir ki, təbii qazla təmin olunan müəssisələrdə yaranmış borcların qanuna müvafiq şəkildə ödənilməməsi Birliyin maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir. Nazirlər Kabinetinin qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.