Cəmiyyət

Düşmənin 93 hərbçisini dəqiq atəşlə məhv etmiş snayper Fikrət Zeynalov - VİDEO

21 Dekabr 2020 14:08
Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizdən bir də şəhid Fikrət Zeynalov olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Fikrət Zeynalov 1995-ci ildə Hacıqabulun Rəncbər kəndində dünyaya göz açıb.

Atası deyir ki, Fikrət elə uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Daim hərbçi olmaq istəyib. Hətta O, 9-cu sinifdə oxuyarkən sənədlərini toplayaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edir. Amma tibbi komissiyadan keçə bilmir. Məyus olsa da, arzularının onu hərb sahəsinə gətirəcəyinə həmişə ınanıb. Ruhdan düşməyərək ali məktəbə daxil olub, bitirib və həvəslə əsgərliyə yollanıb. Qismətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etmək düşüb. Burada hərb sənətinə daha çox aludə olan Fikrətin vətəni qorumaq bütün həyatının amalına çevrilib. Xidməti müddəti başa çatsa da, o, müqavilə bağlayaraq hərbidə qalmağa qərar verib.

Bütün müharibə dövründə şərəflə torpaqlarımızı qoruyan gizirimizin ailəsi oğlunun canından artıq sevdiyi vətəni uğrunda şəhid olması ilə qürur duyurlar. Onsuzluq çətin olsa da, ordumuzun zəfər çalması, Fikrətin ruhunun nisgilli qalmaması onlara təsəllidir.

Mirzə deyir ki, təkcə qardaşını yox, hər sirrini bölüşüb, ona dayaq olan birini itirib. Amma qardaşı fəxarət duyulası vətən yolu keçdiyinə görə qürurludur. Axı şəhidlik zirvəsinə yüksəlmək hər kəsə nəsib olmur!

XTQ-nin giziri olan Fikrət Zeynalov həyatını vətən uğrunda fəda etdi. Ölümündən sonra cəsur vətən oğlu elə "Vətən uğrunda" medalı ilə təltif edildi.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.