Cəmiyyət

İşğaldan azad edilmiş rayonlarda yüksək gəlirli iş yerləri yaradılacaq - VİDEO

19 Dekabr 2020 11:59
Baxış: 1 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan emal sənayesi mərkəzlərinə çevriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu rayonlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün böyük perspektivə malikdir. Amma aqrar sektorun və bitkiçiliyin daha da inkişaf etməsi üçün bu sahələrdə sistemli və kompleks yanaşma önəmlidir.

Daha bir inkişaf dünyada hər zaman dəyərdə olan qızıl ehtiyatları ilə bağlıdır.

Ekspert Elşad Məmmədov deyib ki, Zəngilanın qızıl yataqları burada mədən sənayesinin inkişafı üçün yüksək perspektivlər vəd edir.

Həm kənd təsərrüfatı, həm də sənaye sektorunda belə qlobal emal komplekslərinin mövcudluğu Azərbaycanın regional sənaye mərkəzi kimi qalmasına real şərait yaradır. Habelə iqtisadi inteqrasiyaya, satış bazarlarının genişlənməsinə də perspektivli yollar açır. Daha bir önəmli faktor isə budur ki, bu sahələrin inkişafı ilə yüksək gəlirli iş yerləri də artacaq.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.