Cəmiyyət

Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib - FOTO

18 Dekabr 2020 18:19
Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkədə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbilə Gəncədə "COVİD-19" - a qarşı həyata keçirilən kompleks tədbirlərin miqyası da genişləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, şəhərdə xüsusi qrafik üzrə dezinfeksiya işləri aparılır.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər çoxmənzilli yaşayış binaları və onların həyətlərini, dayanacaqları, piyada keçidlərini, oyun meydançalarını, bank və ATM-lərin qarşısını əhatə edib.

Sözügedən ərazilər xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya olunublar. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.