Cəmiyyət

Buna yol vermək olmaz - Tanınmış həkimdən KORONAVİRUS XƏBƏRDARLIĞI

18 Dekabr 2020 07:14
Baxış: 1 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yüngül koronavirusa yoluxan insanların çıxış imkanlarından yararlanaraq xəstəxanalarda müalicə almasını düz addım hesab etmirəm. Yüngül formalı xəstələr ev şəraitində də müalicə ala bilərlər".

Milli.Az bildirir ki, bunu "ölkə.az"a açıqlamasında millət vəkili, tanınmış kordioloq Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, koronavirusun yüngül formasına yoluxan insanlar öz imkanlarından və ya çıxış imkanlarından istifadə etməklə xəstəxanlarda yerləri məşğul etməklə ağır formalı xəstələrin qəbuluna imkan vermirlər.

"İndiki ağır şəraitdə belə insanların hərəkəti xəyanətdir. Xəstəxanalar ağır formalı koronavirus xəstələrini qəbul etmədiyindən sonda acı nəticələrlə üzləşirik. Buna yol vermək olmaz. Xəstəxanalara ilk növbədə ağır formalı xəstələr yerləşdirilməlidir", - deyə millət vəkili bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.