Cəmiyyət

Şəhid olduğu deyilən Vəliəhəd də erməni əsirliyindən azad edildi

15 Dekabr 2020 15:04
Baxış: 3 537
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan Vəliəhəd Vəliyev bu gün erməni əsirliyindən azad olunaraq Bakıya gətirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhəd Şakir oğlunun Azərbaycana təhvil verildiyini açıqlayıb.

V.Vəliyevin atası Şakir Vəliyev qafqazinfo-ya açıqlamasında məlumatı bir daha təsdiqləyib və artıq ona bu barədə rəsmilər tərəfindən məlumat verildiyini bildirib. Ş.Vəliyev hələ oğlu ilə əlaqə saxlamadığını deyib.

Qeyd edək ki, Vəliəhd Vəliyevin Zəngilan uğrunda döyüşlərdə şəhid olduğu bildirilirdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.