Cəmiyyət

“Azərbaycanda koronavirusa yoluxma bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək”

12 Dekabr 2020 16:14
Baxış: 1 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özümüzə diqqət etməsək səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunun Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ən birinci vasitə qorunmaq və gigiyenik qaydalara əməl edilməsidir.

"Bilirsiniz ki, Azərbaycanda koronavirusa yoluxma artır. Hər kəsin olduqca diqqət etməsi lazımdır.  Artım bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkər. Hər kəsin özünü qoruması lazımdır. Xüsusən qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür, son 10 gündə yoluxma sayında kiçik də olsa, azalma müşahidə olunur. Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək", - deyə H.Harmancı qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.