Sumqayıtda toy mərasimində yıxılaraq xəsarət alan şəxs ölüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən restoranlardan birinin önündə qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Viktor Qayıbov toy mərasimindən çıxan zaman yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. V.Qayıbov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





