Cəmiyyət

Toyuna iki gün qalmış döyüşə yollandı, vətən uğrunda şəhid oldu - VİDEO

10 Dekabr 2020 13:57
Baxış: 1 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya şəraiti olduğundan toysuz evlənəcəkdi. Gəlini gətirmək üçün hər şey tamamlanmışdı - Bəy otağı bəzədilmiş, lazım olan əşyalar alınmış, hətta bəyin kostyumu belə otağından asılmışdı. Lakin qismət olmadı...

Milli.Az bildirir ki, xezerxeber.az-ın məlumatına görə, Ağdaş rayon Ağcayazı kənd sakini, 25 yaşlı Ramil Səlimzadə evlənməyinə 2 gün qalmış "öncə vətən" deyərək torpaqlarımızı azad etmək üçün müharibəyə yollanıb. O, Füzuli, Cəbrayıl, Zəngilan və Ağdərə istiqamətindən gedən döyüşlərdə iştirak edib.

Bəlkə də valideynlərinə təskinlik vermək üçün gələcəyini demişdi. O, oktyabrın 14-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Maraqlıdır ki, balasının şəhid olduğu anı anası əvvəlcədən hiss edib.

Valideynləri indi fəxr hissi ilə yaşayır. Çünki balaları vətən yolunda şəhid olub. Şəhid Ramil Səlimzadənin bəzədilmiş otağı isə eyni ilə qalıb.

Qeyd edək ki, Ramil Səlimzadə Ağdaş rayonundan vətən müharibəsi zamanı şəhid olan 27 nəfərdən biridir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.