Cəmiyyət

"Məni güllələ, əsir düşməyim" deyən əsgərimizi xilas edən igidimiz - VİDEO

9 Dekabr 2020 16:34
Baxış: 1 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən bir də Allahverdi Babayevdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qəhrəman qazimiz müharibənin elə ilk günlərindən odun- alovun içinə atılıb. Zərrə qədər qorxmayıb, çəkinməyib. Füzulidən Şuşaya qədər qürur duyulası döyüş yolu keçib. Tarixi qalamız azad edilən gün yaralanıb. Amma özü yaralı olsa da, yanında ağır yaralanmış yoldaşını tərk etməyib. Bu addım Azərbaycan əsgərinə yaraşmazdı axı... Allahverdi yaralı əsgərin ''məni öldür, əsir düşməyim'' dediyini eşidib və dərhal qərar verib ki, onu ərazidən uzaqlaşdırsın.

Qanını, canını vətən uğrunda əsirgəməyən Allahverdinin şücaəti onun bütün doğmaları, el-obası üçün qürur mənbəyinə çevrilib. İlk növbədə, təbii ki, valideynləri üçün...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.